AFFA klubları cəzablandırdı
08 Aprel 2014 Çərşənbə Axşamı 14:49
AFFA İntizam Komitəsi “Neftçi”, “Qəbələ” və “Rəvan” klublarını cərimələdi.
AFFA İntizam Komitəsi klubları cəzablandırıb.

ANS PRESS-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, 5 aprel 2014-cü il tarixində XXII Topaz Premyer Liqasının XXIX turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Eyni zamanda 6 aprel tarixində “Neftçi” – “Bakı” matçının 2, 42, 49, 80-cı dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

Bundan başqa İntizam Komitəsi 5 aprel tarixində keçirilən “Rəvan” – “Sumqayıt” matçında stadionda PFL və Respect bayraqları asılmadığı üçün meydan sahibi klubu 1000 manat cərimə edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar