AFFA azarkeşlər üçün «Fan shop» açır
15 Aprel 2009 Çərşənbə 12:40
Mağazada AFFA-nın müxtəlif aksessuarları, Azərbaycan milli komandasının geyimləri və digər atributları satılacaq

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) federasiyanın ərazisində mağaza açacaq. AFFA-dan verilən məlumata görə, azarkeşlər tərəfindən Azərbaycan milli komandasının və AFFA-nın atributlarına olan böyük maraq nəzərə alınaraq, assosiasiyanın inzibati binasının ərazisində «Fan shop» fəaliyyətə başlayacaq. Burada AFFA-nın müxtəlif aksessuarlarını, Azərbaycan milli komandasının geyimlərini və digər atributları əldə etmək mümkün olacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar