A Milli komandanın heyəti açıqlanıb
04 May 2009 Bazar Ertəsi 16:55
Baş məşqçi Berti Foqts milliyə 31 futbolçu dəvət edib

İyun ayında 1 həftə ərzində biri rəsmi 2 yoldaşlıq oyunu olmaqla 3 oyun keçirəcək Azərbaycan A Milli komandasının heyəti açıqlanıb. AFFA-dan verilən məlumata görə, ayın 25-dən iyunun 2-dək Türkiyənin Kayseri şəhərində, iyunun 3-dən 9-na qədər Bakıda təlim-məşq toplanışı, iyunun 2-də Türkiyə yığması ilə yoldaşlıq oyunu, iyunun 6-da Uels yığması ilə DÇ-2010-un seçmə mərhələ oyunu, iyunun 9-da isə İspaniya yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasına 31 futbolçu dəvət olunub. Baş məşqçi Berti Foqts tərəfindən milli komandaya dəvət olunan 31 futbolçudan 8-i ehtiyat heyət kimi nəzərdə tutulub.
 
Qapıçılar: Fərhad Vəliyev, Rauf Mehdiyev, Səlahət Ağayev
Müdafiəçilər: Rəşad Sadıqov, Rail Məlikov, Saşa Yunisoğlu, Mahir Şükürov, Aqil Nəbiyev, Sergey Sokolov, Ernani Pereyra
Yarımmüdafiəçilər: Samir Abbasov, Cəmşid Məhərrəmov, Fabio Luis Ramim, Vladimir Levin, Cavid Hüseynov, Elmar Baxşıyev, Aleksandr Çertoqanov, Zeynal Zeynalov
Hücumçular: Vüqar Nadirov, Daniel Axtyamov, Leandro Qomeş, Vaqif Cavadov, Branimir Subaşiç
 
Ehtiyat heyət: Elvin Məmmədov, Tural Nərimanov, Elçin Sadıqov, Araz Abdullayev, Usim Nduka, Elnur Allahverdiyev, Tural Cəlilov, Rahid Əmirquliyev. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar