Zaqatalada iki uşaq atası intihar edib
02 Avqust 2014 Şənbə 22:52
Hadisə rayonun Aşağı Tala kəndində qeydə alınıb.
Zaqatalada iki uşaq atası intihar edib.

Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Aşağı Tala kəndində qeydə alınıb.

1971-ci il təvəllüdlü, Vahid Cəfərsadıq oğlu Babayevin meyiti ailə üzvüləri tərəfindən yaşadığı evin həyətyani sahəsində tikilmiş yardımçı tikilidən asılı vəziyyətdə aşkarlanıb.

43 yaşlı Vahid Babayevin özünü hansı səbəbdən intihar etməsini aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq. Məlumatda bildirilir ki, Vahid Babayev evli və iki uşaq atası idi.

Fakla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə hədinə çatdırma) maddəsilə cinayət işi başlayıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar