Yevlaxda yaşayan 45 yaşlı qadın facivi şəkildə ölüb
14 Noyabr 2014 Cümə 10:59
Yevlax rayonunda yaşayan 45 yaşlı qadın facivi şəkildə ölüb. Yevlaxda lampa ilə tövləyə girən qadını inək vurub.
Yevlax rayonunda yaşayan 45 yaşlı qadın facivi şəkildə ölüb. Yevlax rayon Prokurorluğunun müstəntiqi Elnur Əbilovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə rayonun Tanrıqulular kəndində qeydə alınıb.

“Dünən 1969-cu il təvəllüdlü Azadə Ədil qızı Həsənova evində dünyasını dəyişib. Qadın bir neçə gün əvvəl qaranlıqda tövləyə gedib. Qadın inəklərə baxmaq istəyib. Qəfil inək qadını vurub. Azadə Həsənova yıxılıb və əlindəki neft dolu lampa üstünə düşüb. Neft qadının üstünə dağılıb. Sonra isə alışıb. Qadının bütün bədəni yanıb. O, əvvəlcə 3-cü dərəcəli yanıqla Mingəçevir xəstəxanasına, daha sonra Bakıya aparılıb”, - deyə Elnur Əbilov bildirib.

Müstəntiqin sözlərinə görə, qadına heç bir kömək edə bilməyən həkimlər onun yaşamayacağını bildiriblər. Qadını evə aparıblar. Dünən də o vəfat edib.

“Hadisədə heç bir kriminal hal yoxdur”, - deyə Elnur Əbilov vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar