Yevlax rayon sakini bıçaqla qətlə yetirilib
01 Aprel 2009 Çərşənbə 16:00
Qətli törədən Səlim Əliyev tutulub

Yevlax rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, rayon sakini Səlim Əliyev münaqişə zəminində həmyerlisi Bəhruz Kərimovu bıçaqla qətlə yetirib. Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səlim Əliyev tutulub.
Onun barəsində Yevlax Rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcələsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar