Xırdalanda 8 nəfər dağıtı altında qalıb
08 Sentyabr 2014 Bazar Ertəsi 11:26
Xırdalanda dağıntı altından qalanlarda 5-i xilas edilib.
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından 8 nəfərin dağıntılar altında qaldığı məlum olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dağıntılar altında qalanlardan 5 nəfər xilas olunub.

Hələ də dağıntılar altında 3 nəfər qalıb. Hazırda hadisə yerində xilasedicilər çalışırlar.

Qeyd edək ki, Abşeron rayonu ərazisində, Xırdalan şəhərində güclü partlayış baş verib. Partlayış tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında qeydə alınıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində qeydə alınıb.

Partlayış nəticəsində yaralananlardan 5 nəfər Kliniki Tibbi Mrəkəzə yerləşdirilib. Yaralılardan 4-nün vəziyyətinin yüngül olduğu üçün ambulator müalicəyə buraxıldığı deyilir.






DOSTLARINLA PAYLAŞ:

oyunlar