Xırdalan şəhərindəki partlayışda çoxlu xəsarət alan var
08 Sentyabr 2014 Bazar Ertəsi 12:11
Xırdalandakı partlayışda xəsarət alanlardan ikisinin adı məlum olub.
Abşeron rayonu ərazisində, Xırdalan şəhərində güclü partlayış tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib. Abşeron rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, partlayış 2-ci mərtəbəsində qeydə alınıb.

Partlayış nəticəsində 10-a yaxın insan xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Dağıntı altında qalan 5 nəfərdən 3 nəfər çıxarılıb. Onlardan 1972-ci il təvəllüdlü Vidadi Yunis oğlu İsmayılov və onun oğlu, 2001-ci il təvəllüdlü Yunis Vidadi oğlu İsmayılovun adları məlum olub.

Hazırda hadisə yerində xilasedicilər çalışır.

Qeyd edək ki, Abşeron rayonu ərazisində, Xırdalan şəhərində güclü partlayış baş verib. Partlayış tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində qeydə alınıb.





DOSTLARINLA PAYLAŞ:

oyunlar