Xəstəxana qarşısında tibb bacısı bıçaqlandı
17 May 2014 Şənbə 11:58
Tibb bacısını öz həyat yoldaşı bıçaqlanıb.
Bakı şəhərində qətl hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün Fətəli xan Xoyski küçəsində yerləşən 5 saylı Xəstəxananın qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Şahlar Əliyev ailə-məişət zəminində həyat yoldaşı, orada tibb bacısı işləyən 1983-cü il təvəllüdlü Minarə Salmanovanı qətlə yetirib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Ş. Əliyev tutulub. Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar