Xaçmazda maşın qəzası
09 Aprel 2009 Cümə Axşamı 15:15
İki nəfər ilk tibbi yardım aldıqdan sonra evə buraxılsa da, digər 3 yaralı müalicəsini xəstəxanada davam etdirir

 

Xaçmaz rayonu ərazisində 2 avtomaşının toqquşması 5 nəfərin yaralanmasına səbəb olub. Rayon Polis       Şöbəsindən ANSPRESS-ə verilən məlumata görə, Xaçmazın Qaradağ Buduq kənd sakini 20 yaşlı Rəfael Səxavət oğlu Poladovun idarə etdiyi «VAZ 2107» markalı avtomaşınla Sumqayıt sakini 28 yaşlı Niyaməddin Rüstəm oğlu Qasımovun idarə etdiyi «VAZ 21124» markalı maşın toqquşub.

Nəticədə «VAZ 21124» markalı maşının sürücüsü və sərnişini, Xaçmaz rayon sakini 26 yaşlı Sevinc Bilal qızı Zeynalova, «VAZ 2107»nin sürücüsü və iki sərnişin Xaçmazın Mehrəmqışlaq kənd sakini 19 yaşlı Vüsal Məhəmməd oğlu Mövsümov, Rəhimoba kənd sakinləri 15 yaşlı Şərafəddin İsmayıl oğlu Məmmədov və 23 yaşlı Çingiz Cəlil oğlu İmaməliyev müxtəlif xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə gətiriliblər.

Sürücü Niyaməddin Qasımov və Şərafəddin Məmmədov ilk tibbi yardım aldıqdan sonra evə buraxılsalar da, digər 3 yaralı müalicəsini davam etdirmək üçün xəstəxanada saxlanılıb.
Xaçmaz rayon polis şöbəsində qəzayla bağlı cinayət işi başlanıb. Təyin olunan avtotexniki ekzpertizadan sonra qəzanın dəqiq baş vermə səbəbləri məlum olacaq.

Aytəkin Alxaslı/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar