Tunel Tikinti MMC tikinti şirkətində partlayış baş verib
02 Avqust 2014 Şənbə 17:56
Bakının Səbail rayonunda Tunel Tikinti MMC-yə məxsus yardımçı otaqda partlayış olub. Otaqda məişətdə istifadə edilən qaz balonu partlayıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə avqustun 1-də saat 07 radələrində Səbail rayonu, Salyan şosesində yerləşən "Tunel Tikinti" MMC-yə məxsus yardımçı otaqda qeydə alınıb.

Otaqda məişətdə istifadə edilən qaz balonu partlayıb. Partlayış nəticəsində dağıntı olmayıb.
Hadisə zamanı orada fəhlə işləyən Lənkəran rayon sakini Elnur Rəhimov yanıq xəsarətləri alıb. Yanmış fəhlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar