Tərtərdə silahlı basqın
11 Mart 2009 Çərşənbə 11:35
Martın 10-dan 11-nə keçən gecə Tərtərin Cəmilli kəndində evlərdən birinə silahlı basqın olub.
APA-nın Qarabağ bürosunun məlumatına görə, naməlum şəxs kənd sakini, 56 yaşlı Əliyev Ələddin Əli oğlunun evinə tapançadan bir neçə dəfə atəş açdıqdan sonra silahı həyətə ataraq hadisə yerindən qaçıb. Evin sakinləri arasında xəsarət alan olmayıb.

Faktla bağlı Tərtər Rayon Polis şöbəsində araşdırma aparılır. Hadisənin qisasçılıq və ya xəbərdarlıq zəminində törədildiyi ehtimal olunur.
Ümraniye Evden eve nakliye