Şüvəlanda məktəbdən oğurluq edilib
15 Aprel 2009 Çərşənbə 11:20
Oğurluqda şübhəli bilinən qardaşlar tutulub

Bakının  Şüvəlan qəsəbəsində yerləşən internat məktəbində direktorun otağından oğurluq edilib. Bakı Şəhər baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, şüşəni sındırmaq yolu ilə internata məxsus DVD, kompüter, 27 ədəd müxtəlif tipli idman medalları və məişət malları oğurlanıb. Əzizbəyov rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri 19 yaşlı Ruslan Laktionov və onun 16 yaşlı qardaşı İvan tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar