Sumqayıtda qumbara partlayıb, ata və oğul yaralanıb
02 Avqust 2014 Şənbə 14:01
Sumqayıtda yaşayış evində qumbara partlayıb. Polis Sumqayıtda evdən 7 ədəd avtomat patronu aşkarlayıb.
Sumqayıtda yaşayış evində qumbara partlayıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə ötən gecə saat 02.30 radələrində Sumqayıt şəhəri 51-ci məhəllədə Əmiraslan Haşumova məxsus evdə baş verib.

Ə.Haşumov mənzildə qumbara ilə ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə Ə. Haşumov və onun atası Mirdamət Haşumov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə gələn polis əməkdaşları evə baxış zamanı 7 ədəd avtomat patronu aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar