SOCAR-ın elektriki gərginlik altına düşərək ölüb
09 Fevral 2015 Bazar Ertəsi 14:48
41 yaşlı elektrik Yunus Güləliyev in meyiti paylayıcı qurğuda aşkar edilib.
SOCAR-ın elektriki gərginlik altına düşərək can verib.

ANS PRESS-in SOCAR-a istinadla verdiyi məlumata görə, fevralın 7-də Ə.Əmirov adına NQÇİ-nin Elektrik avadanlıqlarının təmiri sexinin 5-ci dərəcəli elektrik montyoru 1974-cü il təvəllüdlü Yunus Güləli oğlu Güləliyev yaxınlıqdakı “Qaradağ Maşınqayırma Zavodu” ASC-nin həyətində yerləşən və Ə.Əmirov adına NQÇİ-yə heç bir aidiyyəti olmayan 6 kV-luq yarımstansiyada ayırıcını açmaq istəyərkən gərginlik altına düşüb.

Elektrik növbədə olarkən həmin gün iş növbəsində olmayan elektrik montyoru Rafiq Əhmədovun xahişi ilə şəxsi məqsədləri üçün yarımstansiyaya yollanıb. Yunus Güləliyevin saat 15:20 radələrində meyiti paylayıcı qurğuda aşkar edilib.

Məlum olub ki, Yunus Güləliyev iş yerini rəhbərliyə məlumat vermədən və qanunsuz olaraq tərk edib.

Yunus Güləliyevin meyiti Məhkəmə tibbi ekspertizasına aparılaraq müayinə olunmuş və onun elektrik cərəyanının təsiri nəticəsində öldüyü məlum olub.

Hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar