Şəki şəhərində sərxoş sürücü piyadanı vurdu
31 May 2014 Şənbə 23:39
Şəki şəhərində yol qəza hadisəsi baş verib.
Şəkidə yol qəza hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbürünün məlumatına görə, sükan arxasına içkili vəziyyətdə əyləşən sürücü piyadanı vurub.

Hadisə saat 18:00 radələrində Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. Şamaxı sakini Qafarov Tural Həbib oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Aşağı Göynük kəndi ərazisində Şəkinin Köndələn kənd sakini Şahmərdanov Gündüz Rafiq oğlunu vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs kənd sakinlərinin köməkliyi ilə dərhal Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Avtomobil piyadanı vurduqdan sonra təxminən 8-10 metr sonra dayana bilib. Şahidlərin sözlərinə əsasən, sürücü sərxoş vəziyyətdə olub.

Faktla əlaqədar Şəki şəhər rayon polis şöbəsində araşdırmalar aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar