Şəhidlər Xiyabanına ziyarət
19 Yanvar 2009 Bazar Ertəsi 17:51
Bakı-APA. Bu gün Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib.
Bakı-APA. Bu gün Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov başda olmaqla nazirliyin şəxsi heyəti «Əbədi məşəl» abidə kompleksinin önünə əklil qoyub. Anım mərasimi zamanı E. Mahmudov və nazirliyin əməkdaşları Azərbaycanın azadlığı uğrunda şəhid olan milli təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarlarını da ziyarət ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar