“Sədərək” ticarət mərkəzində oğurluq edilib
22 Aprel 2009 Çərşənbə 10:15
Oğurluqda şübhəli bilinən 33 yaşlı Mehman Hacıyev saxlanılıb

“Sədərək” ticarət mərkəzindən oğurluq edilib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 20-də saat 16:00 radələrində ticarət mərkəzində İlham Abbasova məxsus anbardan, açar seçmək yolu ilə 1200 manat dəyərində parçalar oğurlanıb. Aprelin 21-də Əzizbəyov rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Mehman Hacıyev saxlanılıb.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar