Saxta duz istehsal edən Xırdalan sakini tutulub
02 İyun 2009 Çərşənbə Axşamı 13:45
Aydın Quliyevin sexindən 6840 kq saxta duz tapılıb

Ukraynanın "Artyomsol" və "Ekstra" əmtəə nişanlarından qanunsuz istifadə etməklə saxta xörək duzlarının istehsalını və satışını təşkil edən Xırdalan şəhər sakini tutulub. Aydın Quliyev DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, ona məxsus sexə baxış zamanı  2940 kiloqram  Ukrayna, 3900 kiloqram "Kristall" duzları, 500 ədəd üzərində "Kristall" sözləri yazılmış boş qutu aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar