Samir Pişnamazzadeni öldüren sürücü tutuldu
23 İyun 2014 Bazar Ertəsi 10:59
Samir Pişnamazzadeninin ölümüne sebeb olan qeza ile bağlı cinayet işi açılıb.
Baş Prokurorluq Gəncədə alimin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilnə məlumata görə, iyunun 20-də saat 23:30 radələrində Gəncə şəhər sakini Məmmədbağır Bağırov idarə etdiyi “Mercedes Benz” markalı, 20-DF-550 dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Samir Pişnamazzadəni vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb.

M.Bağırov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar