Şamaxı rayonunda bıçaqlanma baş verib
07 May 2014 Çərşənbə 18:29
Ötən gecə Şamaxı rayonu ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, hadisə zamanı iki qonşu onların məhəlləsinə gələn qonaqlar tərəfindən bıçaqlanıb. Hadisə gecə saat 3 radələrində Şamaxı şəhərinin Şirvan 1 küçəsində yerləşən mənzillərdən birinin qarşısında baş verib.

Belə ki, hadisə zamanı bıçaqlanan Şamaxı sakinləri 1974-cü il təvəllüdlü Xıdırov İsmayıl Tarix oğlu və onun həmyaşıdı olan qonşusu Məcidov Şafiq Məcid oğlu döş qəfəsini deşib keçən bıçaq yarası, qara ciyər, ağ ciyər xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsində yerləşdiriliblər.

Məlumata görə, qonşular 3 nəfər tərəfindən bıçaqlanıb. Hadisə zamanı qonşularla onların məhəlləsinə gələn qonaqlar arasında avtomobili park etmək üstündə mübahisə yaranıb. Mübahisə zamanı isə qonşular bıçaqlanıb.

Artıq faktla əlaqədar 2 nəfərin saxlandığı bildirilir. Digər məlumatlara görə isə hadisə zamanı cinayəti törədən şəxslər avtomobillərini elə oradaca qoyaraq hadisə yerindən qaçıb.

Hazırda faktla bağlı Şamaxı rayon polis şöbəsində araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.















DOSTLARINLA PAYLAŞ:

oyunlar