Salyanda nişan maşını qəzaya düşüb
13 İyun 2009 Şənbə 12:00
Salyanda nişan maşını qəzaya düşüb. 3 nəfər ölüb. Ölənlər bir ailənin üzvləridir.

 

Salyan rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə ötən gün axşam saatlarında Salyan-Şirvan yolunun 10-cu km-də, Salyan rayonunun Qaradağlı kəndi ərazisində qeydə alınıb. Belə ki, əks istiqamətdə hərəkət edən "Moskviç 412" və "Mercedes" markalı maşınlar toqquşublar.

Nəticədə birinci maşında olan üç nəfər - Səfurə Bilal qızı Bəşirova, Ləman  Ruslan qızı Bəşirova (1 yaş), Zemfira Baləbəy qızı Tağıyeva həlak olub. Beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, hər iki maşında olanlar bir ailənin üzvləri olublar. "Moskviç"də olanlar Qaradağlı kəndinə nişan aparırmışlar.

Saylan rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi Vüqar İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə,  ilkin versiya kimi qəzaya səbəb "Mercedes"in ötmə əməliyyatı zamanı düzgün manevr edə bilməməsi olub. Faktla bağlı müvafiq maddə ilə cinayət işi açılıb.

Ələddin Əzimov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar