Salyan sakini öz qudasını bıçaqlayıb
08 İyun 2009 Bazar Ertəsi 15:05
Hadisə Neftçala rayonunda baş verib

Salyan rayon sakini  Yaşar Qafarov qudası Gülzar Məhərrəmovaya bıçaq xəsarətləri yeririb. Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Neftçala rayonunun Şor kəndində, Gülzar Məhərrəmovanın mənzilində baş verib. Belə ki, Yaşar Qafarov qudasının evində qonaq olarkən onların arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. Yaşar Qafarov qudasını bıçaqlayıb, sonuncunun əri Sübhan, övladları Tofiq və İlyas isə onu döyüblər. Gülzar Məhərrəmova və Yaşar Qafarov xəstəxanaya yerləşdiriliblər. Faktla əlaqədar Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.  /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar