Sabunçu qəsəbəsində ər keçmiş arvadını bıçaqlayıb
20 Sentyabr 2014 Şənbə 10:54
Dünən Sabunçu qəsəbəsində ər keçmiş arvadını bıçaqlayıb.
Bakıda ər keçmiş həyat yoldaşını bıçaqlayıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə sentyabrın 19-da Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, Qəsəbə sakini Ceyhun Məmmədov mübahisə zəminində keçmiş həyat yoldaşı Rəsmiyyə Məmmədovaya bıçaq xəsarəti yetirib.

C.Məmmədov Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar