Şabranda rayonunda dəhşətli qəza baş verib, uşaq ölüb
19 May 2014 Bazar Ertəsi 11:23
Şabran rayonunda dəhşətli avtomobil qəzası baş verib. Qəza zamanı maşında olan digər sərnişinlər ağır yaralanıblar.
Şabran rayonunda dəhşətli avtomobil qəzası baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, qəza səhər saatlarında Şabran rayonun çıxışında yerləşən Ağbaş kəndinin ərazisində qeydə alınıb.

Belə ki, adıçəkilən kəndin ərazisində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində bir azyaşlı uşağın dünyasını dəyişdiyi bildirilir. Minik avtomobillərində olan digər sərnişinlər isə ağır bədən xəsarətləri ilə Siyəzən rayon Mərkəzi xəstəxanasına aparılıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Şabran Rayon Polis İdarəsindən faktı ANS PRESS-ə təsdiqləyiblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar