Sabirabad sakini Rusiyada itkin düşüb
11 Mart 2009 Çərşənbə 14:45
Sabirabad sakini Rusiyanın Vladimir şəhərində itkin düşüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna itkin düşən şəxsin yaxın qohumları məlumat veriblər.
Onların bildirdiyinə görə, Rusiyanın Vladimir şəhərində taksi sürücüsü kimi çalışan Sabirabad rayonu Türkkənd sakini, 1987-ci il təvəllüdlü Məlikov Alqış Mətləb oğlu naməlum şəraitdə itkin düşüb. Bir ay əvvəl itkin düşən Al. Məlikova məxsus “VAZ- 21011” markalı avtomobil sonradan meşədə yanmış vəziyyətdə aşkar olunub.

A. Məlikovla birlikdə onun milliyyətcə rus olan rəfiqəsi də itkin düşüb. Vladimir şəhəri hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri isə hələlik nəticə vermir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar