Sabiq şirkət prezidenti Ənvər Mustafayev həbs edildi
13 Fevral 2015 Cümə 15:02
Azərbalıq Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayev Heydər Əliyev Fondunun adından dələduzluq edib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ənvər Mustafayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Ə. Mustafayev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Ənvər Mustafayev dələduzluqda təqsirləndirilir. İbtidai istintaq və məhkəmə zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məlumata görə, Ənvər Mustafayev Heydər Əliyev Fondunun adından dələduzluq edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar