Saatlıda ağır yol qəzası olub
10 Aprel 2009 Cümə 19:00
Rayonun Əlisoltanlı kəndi ərazisində “Mercedes” və “VAZ-21011” markalı avtomobillər toqquşub

Saatlıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Saatlı rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Əlisoltanlı kəndi ərazisində “Mercedes” və “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21011” markalı avtomobilin sürücüsü 58 yaşlı Böyükkişi Həsənov ölüb, iki nəfər isə xəsarət alıb. Hələlik xəsarət alanların şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar