Rusiyada azərbaycanlı narkotacir tutulub
22 Aprel 2009 Çərşənbə 17:45
25 yaşlı Lənkəran rayon sakininin üzərindən həşiş tapılıb

Rusiyanın Krasnoyarsk vilayətində azərbaycanlı narkotacir tutulub. 25 yaşlı Lənkəran rayon sakini «Anqara» pavilyonunun yaxınlığında saxlanılıb. "Ria-sibir.ru" saytının məlumatına görə, onun üzərinə  baxış zamanı bir büküm həşiş tapılıb. Saxlanılan şəxs narkotikin çox hissəsini gizlətdiyini bildirib. Gizli saxlanc yerindən bir kiloqramdan artıq həşiş götürülüb. Azərbaycan vətəndaşına qarşı cinayət işi açılıb, araşdırma aparılır.
Rusiyanın Krasnoyarsk vilayəti üzrə narkotiklərə nəzarət idarəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, aprel ayı başlayandan bu günə kimi vilayət üzrə 3 kiloqramdan artıq həşiş aşkarlanıb. Bu ilin birinci rübündə idarə əməkdaşları etnik cinayətkar qrupların 25 nümayəndəsini, o cümlədən 7 azərbaycanlını saxlayıb./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar