Qusarın mərkəzi bazarı yanıb
02 Mart 2009 Bazar Ertəsi 16:15
Hadisə nəticəsində 240 kvadrat metr əraziyə ziyan dəyib

Bu gün Qusar rayonun şəhər bazarında yanğın hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, yanğın saat 15:20-radələrində başlayıb. Qusar rayon icra başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Alik Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bazarın giriş hissəsində baş verib. Yanğınla mübarizəyə Dövlət Yanğından Mühafizə hissəsinin iki maşını cəlb edilib. İdarənin rəis əvəzinin sözlərinə görə, yanğının qarşısı alınıb. Hadisə nəticəsində 240 kvadrat metr sahə və açıq havada satış üçün nəzərdə tutlmuş rəflər yanıb. O bildirib ki, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.
Hadisə nəticəsində ilkin məlumata görə, bir nəfər, sahibkar Əlibala Səfərov yanıq xəsarətləri alıb. Zərərçəkənin sözlərinə görə, yanğın nəticəsində yalnız ona 15 min manata yaxın ziyan dəyib. İcra başçısının müavini əhaliyə dəyən ziyanın araşdırılacağını bildirib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar