Qusarda torpaq sürüşməsi baş verib
15 Mart 2009 Bazar 12:30
Ötən gecə Azərbaycanın Qusar rayonunun Urva kəndi ərazisində torpaq sürüşməsi baş verib. Bu barədə APA-nın şimal bürosuna Qusar rayon İcra Hakimiyyətindən məlumat verilib.
Torpaq sürüşməsinə əraziyə yağmış qarın əriməsi səbəb olub. Əraziyə su yığılması torpaq sürüşməsi və 2-2,5 metr dərinliyində çatlaq əmələ gəlməsi ilə nəticələnib.

Sürüşmə nəticəsində kənddə iki evin divarları uçub, üç kənd sakininin həyatyanı sahəsindəki yardımçı binalar da zərər görüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qusar rayon İcra Hakimiyyətində fəaliyyət göstərən fövqəladə hallar komissiyasının üzvləri artıq hadisə yerinə baxış keçiriblər. Onlar hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyini məlumatlandırdıqlarını bildiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar