Qazax bazarında yanğın olub
16 Aprel 2009 Cümə Axşamı 12:45
İlkin ehtimallara görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub

 

Qazax rayonunun mərkəzi bazarında yanğın baş verib. Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin növbətçi hissəsindən verilən məlumata görə, hadisə ötən gecə saat 21 radələrində baş verib. Hadisə yerinə çatan 3 yanğınsöndürən maşın yanğını tam olaraq saat 23.00 radələrində söndürə bilib.
Yanğın bazarın arxa hisəsində yeməkxanalar yerləşən hissəsinə baş verib. Alovun yaxınlıqdakı dükan və mağazalara da keçdiyi, lakin bunun qarşısının vaxtında alındığı bildirilir.

Hadisə zamanı xəsarət alan və yaralanan olmayıb. Bazarın 95 kv m-lik hissəsi tamamilə yanıb. Əsasən şifer və taxta örtüklü rekonstruksiyaların yandığı bildirilir. Faktla bağlı Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır. İlkin ehtimallara görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. /ganca.az/ ANS

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar