Qax rayonunda ağır qəza baş verib
13 Avqust 2014 Çərşənbə 11:57
Gecə saat 01:00 radələrində Qax rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Bu gecə saat 01:00 radələrində Qaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Almalı kəndi ərazisində 1983-cü il təvəllüdlü Tural Salahovun idarə etdiyi “Mercedes” markalı, 99 CU 034 dövlət nömrə nişanlı minik avtomobil ilə1975-ci il təvəllüdlü Aydın Yusifovun sürdüyü “İveco” markalı, 90 SH 582 dövlət nömrə nişanlı yük maşını toqquşub.

Hadisə Tural Salahovun maşın hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən baş verib.

Qəza nəticəsində Tural Salahov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar