Qadın əri tərəfindən vəhşicə döyülüb.
12 Mart 2009 Cümə Axşamı 00:30
Türkiyədə azərbaycanlı qadın əri tərəfindən küçənin ortasında vəhşicəsinə döyülüb, Zülfiyyə Quliyeva hadisə yerinə gələn polislərə ərindən şikayətçi olmadığını bildirib

Türkiyənin Təkirdağ vilayətindəki Çorlu rayonunda yerli vətəndaşla ailə həyatı quran azərbaycanlı qadın əri tərəfindən küçənin ortasında döyülüb. ANSPRESS, “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, 39 yaşlı Zülfiyyə Quliyeva əvvəl əri ilə küçədə mübahisə etməyə başlayıb. Daha sonra 49 yaşlı ərinin döyməsi nəticəsində Z. Quliyevanın başı yarılıb və ürəyi gedərək yerə yıxılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, əri bundan sonra da Z.Quliyevanı təpikləməkdə davam edib. Polisin müdaxiləsindən sonra döyülməkdən qurtulan Z. Quliyeva hadisə yerinə gələn təcili yardım maşınında ambulator müayinədən imtina edib. O, polisə də şikayətçi olmadığı nı bildirib və əri azadlığa buraxılıb. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar