Qadın əri tərəfindən öldürülüb
16 Aprel 2009 Cümə Axşamı 14:05
Ötən il itkin düşmüş qadının əri tərəfindən öldürüldüyü məlum olub. Qadının çənə sümüyü ötən il meşədən tapılıb.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2008-ci ildə itkin düşmüş qadının əri tərəfindən öldürüldüyü məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbinə Şıxzadayevanın 2008-ci il iyunun 22-də öz həyat yoldaşı, 1973-cü il təvəllüdlü Rail Şıxzadayev tərəfindən boğulma yolu ilə qətlə yetirilməsi müəyyən olunub. R.Şıxzadayev tutularaq istintaqa təhvil verilib.
Xatırladaq ki, 2008-ci il iyulun 9-da Qusar rayonunun Aşağı Ləyər kəndi ərazisində insan meyitinin çənə sümüklərinin aşkar edilməsi ilə əlaqədar aparılan araşdırmalar zamanı sümüklərin həmin ilin iyunun 24-də itkin düşmüş Səbinə Şıxzadayevaya məxsus olması müəyyən edilmişdi. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar