PAŞA BANK Səbail filialı yandı
31 Yanvar 2015 Şənbə 10:52
PAŞA BANK ASC Səbail filialında yanğın baş verib.
Bakıda bank buinası yanıb.

ANS PRESS-in FHN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Səbail rayonunda ümumi sahəsi 2530 kv.m olan "PAŞA BANK" ASC-nin ikimərtəbəli inzibati ofis binasının 1-ci mərtəbəsində 3 otağın tavanı 40 kv.m sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 6 kv.m olan server otağnın tavanı və giriş-çıxış kabelləri 10 p.m yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar