Ordumuzun mövqeləri atəşə tutulub
27 Yanvar 2009 Çərşənbə Axşamı 11:22
Yanvarın 26-ı səhər saatlarından başlayan atışma gecəyə kimi davam edib .
Ermənistan silahlı qüvvələri yanvarın 26-da səhər saat 09:10-dan başlayaraq, gecə saatlarına qədər atəşkəs rejimini pozublar. Erməni ordusu fasilələrlə Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi, Füzulinin adsız yüksəklikləri, eləcədə, Ağdamın Sarıcalı və Şurabad kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar