Nəvə nənəsini qətlə yetirib
03 Mart 2009 Çərşənbə Axşamı 10:30
Azərbaycan paytaxtında nəvə 86 yaşlı nənəsini öldürüb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Fətəliyev küçəsi ev 42, mənzil 23-də baş
Məlumata görə, fevralın 28-də həmin ünvanda yaşayan, 1923-cü il təvəllüdlü Qolosova Mariya İvanovnanın öz əcəli ilə ölməsi barədə idarəyə məlumat daxil olub. Daxil olan məlumat əsasında rayon hüquq-mühafizə orqanları 86 yaşlı qadının meyitinə baxış keçirib. Baxış zamanı mərhumun cəsədinin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində M. Qolosovanın öz nəvəsi, 1967-ci il təvəllüdlü Aleq Qolosov tərəfindən qətlə yetirildiyi müəyyən edilib. Hadisə ilə əlaqədar A. Qolosov həbs edilib. O, ilkin istintaqa verdiyi ifadəsində 86 yaşlı nənəsini əvvəlcə döydüyünü, sonradan isə boğaraq qətlə yetirdiyini bildirib. Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar