Narkotik satışı ilə məşğul olan şəxslər tutulub
15 Aprel 2009 Çərşənbə 14:50
Habil Hacıyevdən və Nəsimi Şirinovdan 30 kiloqram 465 qram həşiş götürülüb, Rauf Hadıyev isə 97,76 qram metadonu 20 min dollara satarkən yaxalanıb

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik maddələrin satışı və saxlanması ilə məşğul olan şəxslər tutulub. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşları ilə birgə keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakinləri Habil Hacıyevdən və Nəsimi Şirinovdan 30 kiloqram 465 qram həşiş götürülüb.
Digər əməliyyat nəticəsində isə 45 yaşlı Rauf Hadıyev 97,76 qram metadonu 20 min dollara satarkən tutulub.
Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar