Nardaran sakini həbs olunub
31 Mart 2009 Çərşənbə Axşamı 18:55
Uzun müddət axtarışda olan Nardaran sakini Rusiyadan Azərbaycana qayıdarkən Yalama sərhəd-keçid məntəqəsində həbs edilib.
Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlov məlumat verib. Bölmə rəisinin bildirdiyinə görə, Nardaran qəsəbəsinin sakini Əli Məmmədov ötən ildən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Onun 2008-ci ilin əvvəllərində Nardaranda torpaq alğı-satqısı adı ilə bir neçə vətəndaşın külli miqdarda pulunu mənimsədiyi bildirilir. Həmin vaxtdan polis tərəfindən axtarılan Ə. Məmmədov ölkədən qaçaraq Rusiya Federasiyasının Tümen şəhərində gedib. Nəhayət o, ötən gün Azərbaycana qayıdarkən Yalama sərhəd-keçid məntəqəsində tutularaq Bakı şəhərinə gətirilib.

Hazırda onun barəsində başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar