Nabranda polislə vətəndaşlar arasında dava düşdü
07 İyul 2014 Bazar Ertəsi 10:45
Nabranda reyd zamanı polisə tabe olmayan sürücülər barədə tədbir görülüb.
Ötən gecə Xaçmaz rayonu Nabran qəsəbəsində yol polisi reyd keçirib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yoxlamalar zamanı yol hərəkət qaydalarını pozan 70-ə yaxın sürücü barədə protokol tərtib edilib.

Qayda pozan sürücülərin əksəriyyəti sükan arxasında içkili olublar. Yoxlamalar zamanı, bəzi sürücülərlə polis əməkdaşları arasında qarşıdurma yaranıb. Polisə tabe olmayan sürücülər saxlanaraq şöbəyə aparılıb.

Qeyd edək ki, reyd davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar