Mercedes bank ofisinə çırpılıb
13 May 2014 Çərşənbə Axşamı 08:03
“Mercedes” yolun əks istiqamətinə çıxaraq, “Mitsubishi” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Gecə Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı “Mercedes” markalı avtomobil yolun əks istiqamətinə çıxaraq, “Mitsubishi” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin gücündən “Mercedes” bir neçə metr kənarda yerləşən bank ofisinə çırpılıb.

Qəzada sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə yol polisi, eləcə də post patrul xidməti əməkdaşları cəlb olunublar. Faktla bağlı Nəsimi rayon polis idarəsində başlanan araşdırmalar davam etdirilir.

Qəzanın hansı sürücünün səhlənkarlığı ucbatından baş verməsini blmək üçün bu araşdırmaların sonunu gözləmək lazım gələcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar