Maştağada küçədə meyid tapılıb
31 İyul 2014 Cümə Axşamı 12:13
Bakının Sabunçu rayonunda naməlum kişi meyidi tapılıb.
Bakının Sabunçu rayonunda naməlum kişi meyidi tapılıb. Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, meyidi saat 01:25-də Maştağa qəsəbəsində sakinlər tapıb.

Meyidi müayinə edən zaman, onun üzərində əzilmə və kəllə-beyin travması müşahidə olunub. Araşdırmalar zamanı məlum olub ki, naməlum şəxsi maşın vurub.

Sakinlərin sözlərinə görə, meyidi yol kənarında görüblər. Onun üzərində heç bir şəxsiyyəti müəyyən edən sənəd tapılmayıb. Bu səbəbdən hələlik onun şəxsiyyəti naməlum olaraq qalıb.

Polis meyidin kimliyini araşdırır. Həmçinin piyadanı vuran şəxsi müəyyən etmək üçün əməliyyat qrupu hazırlanıb.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar