Maştağa yolunda ağır qəza baş verib
08 Avqust 2014 Cümə 08:24
Gecə Xəzər rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Maştağa-Buzovna yolu, Albalılıq adlanan ərazidə qeydə alınıb.
Qəza zamanı üzü Maştağa qəsəbəsinə gedən istiqamətdə 28 yaşlı sürücü Hilalov Faiq Rəfael oğlu idarə etdiyi “Azsamand” markalı avtomaşını ağaca çırpıb.

Hadisə nəticəsində sürücü Faiq Hilalov və onun yanında olan bir nəfər sərnişin 29 yaşlı Asim Quliyev ağır bədən xəsarətləri alıblar. Hər iki yaralı deformasiyaya uğrayan avtomaşından FHN-nin xilasediciləri tərəfindən çırarılıb.

Xəstəanaya aparılan zaman isə sürücü Faiq Hilalov yolda dünyasını dəyişib. Digər yaralının həyatı xilas edilsə də vəziyyəti ağır olaraq qalır.

Qəzadan sonra hadisə yerində Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırma başlanılıb. İlkin ehtimala görə qəza sürücünün döngəli yolda avtomobili yüksək sürətlə idarəetməsi səbəbindən baş verib. Daha dəqiq səbəblərə isə istintaqın sonunda aydınlıq gətiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar