Masıllıda qəza baş verib: 3 ölü, 3 yaralı
12 May 2014 Bazar Ertəsi 14:48
Ələt-Astara magistralında iki minik maşını toqquşub.
Masallı rayonunda ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün bu gün saat 13.30 radələrində qeydə alınıb.

Belə ki, Ələt-Astara magistralının rayonun Binə-Xocavar kəndindən keçən hissəsində iki minik maşını toqquşub. “VAZ-21099” və “Lexus” markalı minik avtomaşınlarının toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb. Yaralılar Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar