İmişli Şəkər Zavodunda yanğın.
11 Mart 2009 Çərşənbə 23:00
Azərbaycanın İmişli Şəkər Zavodunda yanğın baş verib.
Bu barədə APA-nın Mil-Muğan bürosuna İmişli rayon Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib. Məlumatda bildirilir ki, İmişli Şəkər Zavodunun 1 saylı xam şəkər anbarının altındakı, eni 4 metr və uzunluğu 110 metr olan tuneldə yerləşən xam şəkəri anbara nəql edən elevator alışaraq yanıb. Yanğın nəticəsində tuneldə yaranan tüstü yanğının söndürülməsinə çətinlik yaradıb.

Qonşu rayonlardan yanğınsöndürmə xidmətlərinin köməyə çağırılması nəticəsində yanğının qarşısı alınıb. Yanğın tuneldə lokallaşdırılıb. Yanğının baş vermə səbəbləri araşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar