İki zabitimiz şəhid olub
01 Avqust 2014 Cümə 05:49
Gecə Qazaxın Kəmərli kəndində Azərbaycan və Ermənistan əsgərləri atışıb.
Avqustun 1-inə keçən gecə Qazax rayonunun Kəmərli kəndində Azərbaycan və Ermənistan qoşunları arasında atışma olub. Qazax sakinlərinin verdiyi məlumata görə, atışmada Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət edən iki zabiti şəhid olub.

ANS PRESS "musavat.com"a istinadən xəbər verir ki, hazırda bir qrup insan dünyasını dəyişmiş zabitlərin doğmalarının kədərini bölüşmək üçün Qazax rayon məscidinin yanında toplaşıb.

Yaralananların olduğu da istisna edilmir.

Ölən və yaralananların ad və soyadları barədə heç bir məlumat verilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar