Hərbçi dünyasını dəyişdi
15 May 2014 Cümə Axşamı 11:03
Hadisə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qeydə alınıb.
Azərbaycan Ordusunun hərbçisi dünyasını dəyişib.

ANS PRESS APA-ya istinadən xəbər verir ki, hadisə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qeydə alınıb.

Hospitalda müalicə alan, Müdafiə Nazirliyinin hərbi orkestr xidmətinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1965-ci il təvəllüdlü Etibar Abdulkərim oğlu Əliyev xəstəlikdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar