Həmyerlimiz rus polisi dişlədi
12 İyul 2014 Şənbə 03:02
Azərbaycanlı “Suares” Rusiyada yaxalandı.
Rusiya Federasiyasının Obninsk şəhərində həmyerlimiz yerli polislərdən birini dişləyib.

ANS PRESS-in məlumatına görə, 22 yaşlı şəxsiyyəti naməlum Azərbaycan vətəndaşı polisin sol ayağının bud hissəsini dişləyib qaçarkən yaxalanıb.

Kaluj vilayətinin Obninsk şəhərinin prokurorunun verdiyi məlumatda qeyd edilir ki, polis əməkdaşları cinayətdə şübhəli bilinən azərbaycanlıya yaxınlaşıb özlərini təqdim edərkən, o qaçmağa çalışıb, lakin bu zaman polislərdən birinin sol ayağının bud hissəsindən dişləməyə də macal tapıb.

Hadisənin təfərrüatları, daha doğrusu həmyerlimizin polisin niyə məhz budundan dişləməsi və buna necə macal tapması barədə məlumat verilməyib.

Qeyd edək ki, yaxalanan Azərbaycan vətəndaşı bu hərəkətinə görə məhkəmənin qərarı ilə 6 aylıq koloniya həyatı keçirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar