Hacıqabul rayonunda yaşayış evi yanıb
13 Aprel 2009 Bazar Ertəsi 10:41
Hacıqabulda fərdi yaşayış evi yanıb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul Dövlәt Yanğından Mühafizә Xidmәtinin növbәtçi hissәsindәn mәlumat verilib. Mәlumata görә, aprelin 12-də saat 19.00 radәlәrindә Hacıqabul rayonunun Muğan kəndində yerlәşәn Qaçay Cəfərova mәxsus ikimәrtәbәli yaşayış evindә yanğın baş verib. Nәticәdә yaşayış evinin ikinci mərtəbəsini 100 kv.metr sahәsi və dam örtüyü yanıb. Hacıqabul DYMX-nin şәxsi heyәtinin sәylәri nәticәsindә evin birinci mәrtәbәsinә yanğının keçmәsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar